Peyğəmbəri-Əkrəmin (s) möhtərəm zövcəsi deyir ki, mən danışmaq və söhbət etmək baxımından Fatimə (s.ə) qədər Peyğəmbərə (s) oxşayan birini görmədim.
Həzrət Fatimə (s.ə) Peyğəmbərin (s) evinə daxil olarkən Peyğəmbər (s) Fatimeyi-Zəhranın (s.ə) mübarək əlini öpər və onu öz yerində əyləşdirərdi.
Peyğəmbər (s) də onun evinə gedərkən o, ayağa qalxar, "xoş gəldin" deyər və Peyğəmbərin (s) mübarək əlini öpərdi.
Peyğəmbərin son xəstəliyi zamanı Fatimə (s.ə) o Həzrətin ziyarətinə getdi.
فَسارَّها
"Peyğəmbərlə (s) pıçıltı ilə danışdılar. Həzrət Fatimə (s.ə) ağladı. Yenə pıçıltı ilə danışdılar. Həzrət Fatimə (s.ə) (bu dəfə) təbəssüm etdi və güldü.
Ayişə deyir: "Öz-özümə dedim ki, bu nə vəziyyətdir?
Həzrət Fatimeyi-Zəhra (s.ə) bu hadisənin səbəbini mənə demədi."
Peyğəmbərin (s) vəfatından sonra yenə Xanımdan soruşdum:
فَقالَت اِنَّهُ اَخبَرَنی اَنَّهُ یَموتُ فَبَکَیتُ
Həzrət Fatimeyi-Zəhra (s.ə) buyurdu: “Peyğəmbər (s) özünün ölüm xəbərini verdi və bu, mənim ağlamağıma səbəb oldu.
Sonra mənə məlumat verdi ki, mən onun ailəsindən ona qovuşacaq ilk şəxs olacağam. Bu, məni sevindirdi və güldüm.
Peyğəmbəri-Əkrəmə (s) qovuşacaq ilk şəxs - Ali Rəhbər Ayətullah Xamenei