Elvin Mustafayevin narkotik ittihamıyla həbs olunduğu təsdiqlənib

İşçi Masası Kuryerlər Birliyinin üzvü, avqustun 4-də saxlanılan Elvin Mustafayevin narkotik ittihamıyla həbs olunduğu təsdiqlənib.
Toplum Tv xəbər verir ki, bu barədə avqustun 8-də Meydan Tv məlumat yayıb.
Bildirilir ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Onun ilkin istintaq dövründə həbsdə saxlanması üçün artıq məhkəmə qərarıyla barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Avqustun 1-də moped sürən kuryerlər Bakıda etiraz aksiyası keçirərək polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Kuryerlər Birliyinin üzvləri, o cümlədən Elvin Mustafayev də iştirak edib.