Pakistanda bombalı hücum

Pakistanda milli mətbuatda yer alan xəbərə görə, Şimali Vəziristanın Xeybər Paxtunxva bölgəsində bir təcavüzkar bomba yüklü avtomobilini partladıb.

Bombalı hücum zamanı bölgədə ər və arvad olmaqla iki mülki şəxs həlak olub.

Səlahiyyətlilər hücumçunun bombanı təsadüfən və ya vaxtından əvvəl partlatdığını düşündüyünü bildirib. Hücuma görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib.