Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib.
Xidmət rəhbəri Trend-ə bildirib ki, sentyabr ayının 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq:
"Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları küləkli havada nəzarətsiz həyətə buraxmasınlar. Bir daha əhalini ehtiyyatlı olmağa çağırırıq".
Nazirlik əhalini ehtiyyatlı olmağa çağırdı: Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq

Oxşar xəbərlər