Netanyahu: Biz fikir ayrılıqlarının ümumi gələcəyimizi təhlükəyə atmasına icazə verə bilmərik

İsrailin baş naziri Benyamin Netanyahu vətəndaşlara televiziya ilə müraciət edərək, müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatının həyata keçirilməsini şəxsi nəzarətinə alacağını bildirib.

Operativtv.com APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, o, bu məsələ ilə bağlı cəmiyyətdə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib və bir daha opponentləri dialoqa dəvət edərək, onları gərginliyi artırmaqdan çəkinməyə çağırıb.

“Bizim bir ölkəmiz var. Onu xarici təhdidlərdən və daxili parçalanmalardan qorumaq üçün hər şeyi etməliyik. Biz fikir ayrılıqlarının ümumi gələcəyimizi təhlükəyə atmasına icazə verə bilmərik”, - Netanyahu bildirib.