Molla: “Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndis Qərbin bütün planlarını pozdu”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraqın aparıcı Əhli-sünnə alimi, zəfər komandirlərinin şəhadətinin üçüncü ildönümü münasibəti ilə etdiyi çıxışda təkfirçi terrora toxunaraq deyib: “Şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndis Qərbin bütün planlarını puça çıxardılar."

İraq Əhli Sünnə Alimləri Dərnəyinin sədri, terrora qarşı qələbənin komandirləri şəhid Qasım Süleymani və şəhid Əbu Mehdi əl-Mühəndisin şəhadətinin üçüncü ildönümü münasibəti ilə etdiyi çıxışda Şeyx Xalid əl-Molla vurğulayıb. “Amerika Şəhid Süleymani və Əbu Mühəndislə birbaşa qarşı-qarşıya gələ bilmədi və onları qorxaq və xain əməliyyatla hədəfə aldı. Biz bu ağrılı tarixi hadisəni üçüncü ilini yaşayır, vətəni üçün canlarını fəda etmiş İslam qəhrəmanlarının hədəfə alındığı bir zamanı yad edirik. Amma bbu həqiqətdir ki, Amerika qərbin bütün planlarını pozduğu üçün Şəhid Süleymani və Əbu Mühəndisi hədəf aldı. Düşmənlər Bağdadı işğal etməyə çalışsalar da, Şəhid Əbu Mühəndis və Süleymani onlara qarşı möhkəm sədd kimi dayandılar.

Mübarizənin ruhuna davam olaraq Həşduş-Şabi hər bölgədə və təhlükə olan yerdə təhlükəsizlik qüvvələrinin yanındadır. Şəhid Süleymaninin və Əbu Mühəndisin qanı heç vaxt israf olmadı və olmayacaqda. İŞİD ölkəyə girəndə cənubun övladları şəhid Əbu Mühəndis və Qasım Süleymaninin oğulları ölkəni müdafiə etmək və qələbə qazanmaq üçün səhnəyə daxil oldular. Ölkəni və xalqın dinini hədəf alan bu yumşaq müharibə ayıq olmalı və ona qarşı mübarizə aparılmalıdır”.