MDB-yə daxil olan ölkələr arasında ən aşağı iqtisadi artım Azərbaycanda qeydə alınıb

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələri arasında ən aşağı iqtisadi artım Azərbaycanda qeydə alınıb.
Bu barədə məlumatı Azərbaycan Dövlət Statistika Komitəsi açıqlayıb.
Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb.
MDB-yə üzv olan digər ölkələrin heç birində ÜDM-nin azalması müşahidə olunmayıb:
Qırğızıstan - 10,6%
Tacikistan - 8,4%
Özbəkistan - 6,5%
Türkmənistan - 6,3%
Ermənistan - 5,9%
Qazaxıstan - 4,8%
Rusiya - 4,1%
Belarus - 3,7%
Moldova - 0,6 %