Mayıl Kərimov aclıq aksiyasını dayandırıb

Xəbər verdiyimiz kimi Müsəlman Birliyi Hərəkatının üzvü Mayıl Kərimov iyulun 19-dan başlatdığı aclıq aksiyasını ötən gün, iyulun 25-də  dayandırıb. Bu barədə məlumatı inanclının ailəsi verib. Bildirilib ki, Mayıl Kərimovla təcridxana rəhbərliyi və bir neçə rəsmi nümayəndə görüşüb. Onlar Kərimovun şikayəti ilə bağlı məsələləri müzakirə ediblər və qaldırılan problemlərin həll ediləcəyinə söz veriblər. Bundan sonra Mayıl Kərimov aclığı dayandırıb.
Qeyd edək ki, Mayıl Kərimov islmafobiya, anti şiə, İsrailin anti Aşura layihəsi çərçivəsində genişlənən həbs dalğası zamanı fevralın 2-də saxlanılıb. İnanclıya 234.4.3-maddəsi (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə cinayət işi açılaraq barəsində həbsqəti imkan təbdiri seçilir.
İyulun 21-də isə inanclının 16-yaşlı yeniyetmə oğlu İmaməli Kərimov da əza məclisinə gəldiyi Hz Əbəlfəz məscidindən saxlanılaraq ona zor tətbiq edilmiş və ərazidəki 14-cü polis bölməsinə aparılmşdı.