Kətaib Hizbullahdan ABŞ qüvvələrinə xəbərdarlıq

İraqın Kətaib Hizbullah Müqavimət Hərəkatı ABŞ hərbçilərinin İraq torpaqlarında hər hansı şübhəli hərəkəti barədə xəbərdarlıq edib.

İraqın Kətaib Hizbullah Müqavimət Hərəkatı ABŞ qüvvələrinin İraqdakı hərəkətləri ilə bağlı açıqlama verib.

“İraqın bəzi şəhərlərində işğalçı ABŞ qüvvələrinin karvanlarının hərəkətləri düşmənin işğalçı döyüş qüvvələrini bu ölkədə saxlamaqda təkəbbür və inadkar israrını açıq şəkildə nümayiş etdirir. Bu qüvvələr 2011-ci ildə ABŞ ordusunun məğlubiyyətindən və ölkədən çıxarılmasından əvvəlki bütün qüvvələrlə müqayisədə texnika və say baxımından çox deyil. Bundan əlavə, İslam müqavimətinin imkanları keçmişlə müqayisədə artıb və bu qüvvələrin sayından artıq olub.

Onlar bilməlidirlər ki, bu qarşıdurma onlara heç bir xeyir verməyəcək, əgər müqavimət qüvvələri müharibəyə getmək qərarına gəlsə, bu, onların regiondakı bütün xain planlarını puça çıxaracaq və bu, onların çoxqütblü dünyada son mövcudluğu olacaq”.

İraqın yerli mediası bu yaxınlarda ABŞ hərbi karvanlarının İraqın bir çox şəhərlərində hərəkət etdiyini əks etdirən fotolar dərc edib. Bununla belə, İraq Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü general-mayor Yəhya Rəsul İraq televiziya kanallarında yayımlanan açıqlamalarında ABŞ-ın hərbi əməliyyat keçirməsi ilə bağlı xəbərləri təkzib edib.

Ancaq İraq hökumət rəsmisi Sərkül Əvsat qəzetinə verdiyi müsahibədə bu hərəkətlərin İraq sərhədləri xaricindəki bazalarla məhdudlaşdığını iddia edib.