Krouford boks üzrə mütləq dünya çempionu oldu

Amerikalı boksçu Terens Krouford 12 raundluq döyüşdə həmvətəni Errol Spensi məğlub edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşıdurma doqquzuncu raundda nokautla başa çatıb.

35 yaşlı Krouford 66,68 kiloqram çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və əvvəllər Spensə məxsus olan Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyasının (WBA) titullarını alıb.