"Martın 23-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı insident, o cümlədən asayiş qüvvələrinə qarşı zorakılıqdan istifadə ilə bağlı insidentlər olub”.
Operativtv.com Report-a istinadən xəbər verir ki, bu, Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviç Fransa hakimiyyətini kütləvi nümayişlərin azadlığını təmin etmək çağırışında yer alıb.
"Martın 23-də Fransada baş verən nümayişlər zamanı insident, o cümlədən asayiş qüvvələrinə qarşı zorakılıqdan istifadə ilə bağlı insidentlər olub", - Miyatoviçin bəyanatında bildirilir: "Lakin bu hallar dinc nümayişçilərin sərbəst toplaşmaq hüququndan məhrum edilməsində əsas ola bilməz”.
O, həmçinin “aksiyaların keçirildiyi yerlərin yaxınlığında olan nümayişçilərin və yoldan keçənlərin” əsassız yerə saxlanmasından və həbsindən narahatlığını bildirib: “Nümayiş barədə bildirişin olmaması sərbəst şəkildə aksiyalar keçirmək hüququnun pozulmasına və bu cür etirazlarda iştiraka görə sanksiyaların tətbiqinə haqq qazandıra bilməz”.
Cümə axşamı Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu aksiyası keçirilib. Paytaxtda və regionlarda keçirilən nümayişlərdə 1 milyondan çox insan iştirak edib. Parisdə və digər böyük şəhərlərdə yürüşlər etirazçılarla polis arasında toqquşmalarla müşayiət olunub. Qarşıdurmalarda 400-dən çox polis yaralanıb, 450-yə yaxın nümayişçi saxlanılıb. Polis dəfələrlə gözyaşardıcı qazdan istifadə edib.
AŞ komissarı: "Fransada kütləvi aksiyalarda zorakılıq halları olub”