İsrailin İranın nüvə obyektlərinə hücum planları ilə bağlı açıqlama

İsrailin İranın nüvə obyektlərinə hücum planları ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

"Mən İsrail təhlükəsizlik kabinetinin üzvüyəm, bütün görüşlərdə kiçik bir dairədə iştirak edirəm və belə bir qərarı xatırlamıram. Amma İsrailin məqsədi İranın nüvə silahı əldə etməsinə mane olmaqdır. Bu məqsədə diplomatiya yolu ilə nail olmaq olarsa, bu məqbuldur", - deyə o qeyd edib.