İsraildə Braziliya Prezidenti persona non-qrata elan olunub

Braziliya Prezidenti Lula da Silva Qəzza zolağındakı vəziyyətlə bağlı şərhlərinə görə üzr istəyənə qədər İsraildə persona non-qrata olaraq qalacaq.

Operativtv.com APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İsrailin xarici işlər naziri İsrael Kats deyib.

"Braziliya prezidenti üzr istəməyənə və yəhudi xalqına və İsrailə qarşı antisemit mövqeyindən imtina edənə qədər İsraildə persona non qrata olacaq", - Katz X hesabında (keçmiş Twitter) yazıb.