Niderlandın Haaqa Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) tərəfindən keçirilən "İsrailin işğal olunmuş Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələrinə dair məsləhət rəyi" dinləmələrində günün son çıxışı Çili tərəfindən edilib.
Çili adından danışan Ximena Fuentes Torrijo vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə vəziyyətin sürətlə pisləşməsini, o cümlədən edamlarla nəticələnən qeyri-mütənasib tədbirləri, kütləvi özbaşınalığı sənədləşdirib. O, həbs və zorakılıqla yanaşı sənəddə güc tətbiqinin də yer aldığını bildirib.
Yüksək rütbəli İsrail rəsmilərinin Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etmək niyyətində olmadıqlarını açıq şəkildə ifadə etdiklərinə diqqət çəkən Torrijo, "Əvəzində işğal ilhaqdan ayırd edilə bilməz hala gəldi. İsrailin siyasəti iki dövlətli həll və regionda davamlı sülhün əldə edilməsi imkanlarına ziddir.
İsrailin sistematik pozuntuları fələstinlilərin hüquqlarını effektiv şəkildə qorumaq üçün işğala son qoyulmasını tələb edir. İsrail bu pozuntuları dayandırmağa, tam təzminat ödəməyə və bu vəziyyətin bir daha təkrarlanmayacağına dair müvafiq təminat verməyə borcludur. Vəziyyətə görə digər dövlətlər də məsuliyyət daşıyır və o, buna son qoymaq üçün əməkdaşlıq etməyə borcludur”.
Fələstinin təbii sərvətlərinin istismarının İsrailin bu torpaqlar üzərində suveren səlahiyyətlərini həyata keçirmə cəhdini göstərdiyini ifadə edən Torrijo, “Təbii ehtiyatların istismarı, məskunlaşma siyasəti, divar tikintisi, forpostların qanuniləşdirilməsi kimi hərəkətləri ilə İsrail İşğal altındakı Fələstin torpaqlarına sonsuza qədər nəzarət etmək niyyətini nümayiş etdirir" deyə söyləyib.
Torrixo beynəlxalq hüququn sistematik şəkildə pozulmasının İsrailin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.
İsrail fələstinlilərə tam təzminat ödəməyə borcludur