ABŞ-ın İrana qarşı artan təzyiqləri fonunda, İranın yüksək rütbəli hərbi komandirləri ali dini lider ayətullah seyid Əli Xameneidən nüvə silahına sahib olmağı tələb edərək, onun bu silahların inkişafını qadağan edən fətvasının yenidən nəzərdən keçirilməsini vurğulayırlar.
Operativtv Aktual-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin mərkəzi "The Telegraph" nəşri məlumat yayıb.
İran İnqilab Keşikçiləri (SEPAH) komandanları, Qərbdən gələn "mövcudluq təhdidlərinə" qarşı Ayətullah Xameneidən nüvə silahına sahib olma çağırışı edərək, Tehran hakimiyyətinin davamlılığı üçün onun nüvə silahının inkişafını qadağan edən fətvanı geri çəkməsinin vacib olduğunu bildiriblər.
Adının açıqlanmasını istəməyən iranlı rəsmilərdən biri, "Daha əvvəl heç bu qədər müdafiəsiz olmamışdıq və çox gec olmadan nüvə silahı əldə etmək üçün bu son şansımız ola bilər" deyib. Tehrandan olan başqa bir İranlı rəsmisi isə, "Rəhbər amerikalılarla danışıqları və nüvə silahının inkişafını əngəllədi, lakin bu, sağ qalmağın yeganə yolu kimi görünür" açıqlamasını verib.
Xatırladaq ki, İran parlamentinin onlarla üzvü keçən il Ali Milli Təhlükəsizlik Şurasına nüvə siyasətini yenidən nəzərdən keçirməsi üçün çağırış etmişdi. Ayətullah seyid Əli Xameneinin müşavirlərindən Kəmal Hərrazi 2024-cü ilin noyabrında verdiyi açıqlamada belə demişdi:
“Əgər İran mövcudluq təhdidi ilə üzləşərsə, hərbi doktrinamızı dəyişdirməkdən başqa seçimimiz qalmayacaq. Onsuz da silah istehsal etmək üçün texniki imkanlara sahibik, bizi bunu etməkdən yalnız nüvə silahlarını qadağan edən dini hökm saxlayır”.
İranlı komandirlərdən çağırış – Ayətullah Xameneinin fətvası dəyişsə, yer yerindən oynayacaq