İranın Sistan-Bəlucistan əyalətində polis qüvvələrinə hücum edilib

İranın Sistan-Bəluçistan əyalətində silahlıların polis qüvvələrinə hücumunda iki nəfər həlak olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Sistan-Bəluçistan əyalətinin Polis rəisi Məhəmməd Qənbəri mətbuata açıqlama verib.

Bildirilib ki, əyalətin Bampur bölgəsində post patrul fəaliyyəti göstərən polis qüvvələrinə silahlılar tərəfindən hücum həyata keçirilib.

Bu hücumda polis qüvvələrindən leytenant və serjant rütbəli iki nəfər həyatını itirib.

Qeyd edək ki, İranın cənub-şərqində yerləşən Sistan-Bəluçistan əyalətinin sərhəd bölgələri son etirazlar və iğtişaşlar dönəmində daha da gərginləşib. Bu bölgədə “Ceyşul-Ədl”, ölkənin şimal qərbində isə separatçı kürdlərin “Komala” və “Pjak” kimi qruplaşma üzvləri ara-sıra silahlı hücumlar həyata keçirirlər.