İran: Danışıqlarda əsas tələbimiz sanksiyaların effektiv şəkildə aradan qaldırılmasıdır

İran hökumətinin sözçüsü Mühacirani vurğulayıb ki, İranın ABŞ-la danışıqlarda əsas tələbi sanksiyaların effektiv şəkildə aradan qaldırılmasıdır.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu gün mətbuat konfransı keçirərək Papa Fransiskin vəfatı ilə bağlı dünyadakı bütün xristianlara başsağlığı verib.

O, bildirib ki, Papa Fransisk Qəzzada qətliamın dayandırılması və sülhün genişləndirilməsi üçün böyük səylər göstərib.

Mühacirani İran prezidenti Pezeşkiyanın tezliklə Azərbaycana səfər edəcəyini bildirib və əlavə edib: "Bu səfər İran və Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin inkişafına kömək edəcək".

Mühacirani İran və ABŞ arasında dolayısı danışıqlara gəlincə, "Biz danışıqlarda insanların həyatına təsir edən təzyiqçi sanksiyaların aradan qaldırılmasının vurğulanmasının tərəfdarıyıq, əsas tələbimiz sanksiyaların aradan qaldırılmasıdır" deyib.

O, danışıqların nəticəsi və davamlılığına səbəb olacaq zəmanətlərə ehtiyac olduğunu vurğulayaraq, "Keçmiş təcrübələrimizi nəzərə alaraq, danışıqlardan əldə edilən nəticələri qorumaq üçün zəmanətlərə ehtiyacımız olacaq" deyə bildirib.

Mühacirani Rusiyanın danışıqların irəliləyişində rol oynama ehtimalı ilə bağlı deyib: "Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvü kimi rolu bizim üçün vacibdir və İran və Rusiya arasında sıx nüvə əməkdaşlığı mövcuddur. Bu, təbii ki, Rusiyaya bu danışıqlarda mühüm rol verir".