İngiltərəli hücumçu dünya çempionatından sonra ən çox qol vuran futbolçu olub

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford yeni uğura imza atıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 26 yaşlı hücumçu buna İspaniyanın "Betis" komandasına 4:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

Forvard Qətərdəki dünya çempionatından qayıtdıqdan sonra 22 matçda 18 qol vurub. Bu, son üç ayda Avropa futbolunda ən yaxşı göstəricidir.

İngiltərə millisinin üzvü hazırkı təqvim ilində 15 yüksək səviyyəli qola çatan ilk oyunçudur.

Reşford bu mövsüm bütün yarışlarda 26 dəfə rəqib qapılarına yol tapıb. O, "Top-5" liqalarda yalnız Erlinq Holann (33 qol) və Kilian Mbappedən (30 qol) geri qalır