Kərbəlada İmam Hüseynin (ə) müqəddəs Ziyarətgahının ətrafında bir dəfədə bir milyon nəfərdən çox zəvvarı qəbul edəcək “böyük genişləndirmə layihəsi” icra olunur.
Layihə İraqda dini xarakterli ən iri tikinti təşəbbüslərindən biri hesab olunur və ziyarətlərin daha təhlükəsiz, nizamlı və səmərəli təşkili məqsədi daşıyır.
Məlumata görə, layihə çərçivəsində hərəmin ətrafında ümumi sahəsi təxminən 750 min kvadratmetr olan dörd əsas həyət yaradılır. Bu sahənin 500 min kvadratmetri ibadət məkanlarına, 250 min kvadratmetri isə zəvvarlara xidmət və infrastruktur sahələrinə ayrılıb. Buraya giriş-çıxışların təşkili, tibbi, təhlükəsizlik və logistika xidmətləri daxildir.
İmam Hüseyn (ə) müqəddəs hərəminin genişləndirmə layihələri şöbəsinin rəhbəri mühəndis Hüseyn Rza Mehdi bildirib ki, layihənin əsas hədəfi hər il Kərbəlaya gələn zəvvarların sayının artması fonunda izdihamın idarə olunmasında keyfiyyətcə yeni mərhələyə keçiddir.
Onun sözlərinə görə, layihə ali dini mərcənin nümayəndəsi Şeyx Əbdülmehdi əl-Kərbəlainin birbaşa göstərişi, müqəddəs ziyarətgahın baş katibi Həsən Rəşid Cavad əl-Əbbahinin nəzarəti və ixtisaslaşmış mühəndis-texniki heyətin iştirakı ilə həyata keçirilir.
Qeyd olunur ki, bu genişləndirmə proqramı miqyasına, funksional inteqrasiyasına və ziyarətlə bağlı şəhərsalma planlaşdırmasına görə İraqın müqəddəs hərəmləri arasında ilk analoji layihədir və Kərbələnin dini və insani əhəmiyyətinə uyğun müasir infrastrukturun yaradılmasını hədəfləyir.
İmam Hüseyn (ə) Ziyarətgahında meqa-layihə icra olunur