İmam Hüseyn (ə) ziyarətgahına bağlı ürək xəstəlikləri xəstəxanası

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahına bağlı ilk ürək xəstəlikləri xəstəxanasının fəaliyyətə başlamasına az qalıb.

Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi və İmam Hüseyn (ə) ziyarətgahının qanuni himayəçisi Şeyx Əbdülmehdi Kərbəlai bu xəstəxanadakı ümumi tikinti, təmir və quraşdırılma işinin gedişatına yerində baxış keçirmək üçün ora gedib.

Qeyd edək ki, xəstəxana 11 mərtəbəlidir 35 min kv metrdir, əməliyyat, müalicə və yataq otağından ibarətdir. İraqda dünya standartlarına uyğun və ixtisaslaşdırılmış ilk ürək xəstəxanasıdır.