İddia: Türkiyə Suriyadakı qoşunlarını geri çəkəcək

Türkiyə tərəfi Suriyanın şimalından öz qoşunlarını çıxartmağa razılıq verib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə “Al-Watan” agentliyi Dəməşqdəki mənbələrinə görə yazır.

İddiaya görə, bu qərar Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvadakı görüşündən sonra qəbul edilib.

Bildirilib ki, Türkiyə Suriyanın şimalındakı qoşunlarını geri çəkməyə razılıq verib və Suriyanın suverenliyinə hörmətlə yanaşdığını bəyan edib.

Bununla yanaşı, görüş iştirakçıları PKK-nın “İsrail və ABŞ agenti olması” ilə razılaşıblar və həm Türkiyə, həm də Suriya üçün təhlükə mənbəyidir.