İcra Hakimiyyətinə gəlib özünü yandırmaq istədi

Zərdab rayonunun Gəlmə kənd sakini Rasim Qəbilov özünü yandırmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyindən "Demokrat.Az"a verilən məlumata əsasən, iyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmaq istəyib. 

Cəhdin qarşısı ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.

Onunla izahedici söhbət aparıldıqdan sonra buraxılıb.