Hindistanda baş verən toqquşmalarda ölən və yaralananlar var

Hindistanın şimalındakı Uttarxand ştatının Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi ilə bağlı yerli sakinlər ilə polis arasında toqquşma nəticəsində 4 nəfər ölüb, 250-dən çox insan yaralanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Baş verən hadisə nəticəsində 4 nəfər həlak olub, 100-dən çox polis yaralanıb”, - polis sözçüsü bildirib.

Bildirilib ki, toqquşmalarda yerli administrasiya nümayəndələri və jurnalistlər də daxil olmaqla 150-dən çox iştirakçı yaralanıb.

Qeyd edilib ki, hadisə yerinə cəlb olunan əlavə qüvvələr gözyaşardıcı qazdan istifadə ediblər.