Etibar İsmayılov: "Rəisə dedim ki, mən ölümdən də qorxmuram"

19 iyulda MBH üzvü, Qarabağ Qazisi, keçmiş Nardaran məhbusu Etibar İsmayılovun növbəti məhkəmə prosesi keçirilib. "Məlumat" İA-nın xəbərə görə, məhkəmədə şahid qismində 2 polis dindirilib. Onlar E.İsmayılovun oğurlanmasında iştirak ediblər.
E.İsmayılov bildirib ki, onu Sabunçu Polis İdarəsində rəis qorxutmağa çalışıb və qapıdan girən kimi "Sənin vaxtın bitib" deyib. Əvəzində rəis "Vaxtı bitirən Allahdır. Kimin vaxtının bitdiyini siz bilməzsiniz, Allah bilər. Məni qorxudursuz? Mən ölümdən də qorxmuram" cavabını alıb.
Etibar dayı onu da bildirib ki, o, heç bir sənədə imza atmayıb.
Daha sonra hakim şahid qismində adları keçən polislərdən gileylənib. O, bildirib ki, "şahid" polislər məhkəmə iclaslarına dindirilmək üçün dəvət edilsə də, gəlmirlər: "Hərəsi bir bəhanə ilə yaxasını kənara çəkir".
Hakimin şikayətlənməsindən belə məlum olub ki, polisləri şahid qismində ifadə vermək üçün məcbur edirlər.
Qeyd edək ki, Etibar İsmayılov Nardaran işində də 5 il zindan həyatı yaşayıb.
Növbəti proses 2 avqust 16:30-a təyin edilib.