Ermənistan parlamenti ilkin oxunuşda “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.
Səsvermə nəticəsində 63 deputat layihənin lehinə, 7 deputat isə əleyhinə səs verib.
Hakim partiyanın deputatları hesab edirlər ki, bu sənəd Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət anlamına gəlmir, əksinə, siyasi iradənin ifadəsi və Aİ-yə ünvanlanan bir mesajdır.
Ancaq müxalif “Ermənistan” fraksiyasının deputatları bu addımı seçkilər öncəsi daxili siyasi maraqlara xidmət edən xarici siyasət avantürası və biabırçı blef kimi qiymətləndirirlər.
Ermənistan parlamenti ölkəsinin Avropa İttifaqına daxil olmasını təsdiqləyib