Elçibəyin yubileyi ilə bağlı Bakı merinə müraciət ediləcək

Bu gün “ƏBÜLFƏZ ELÇİBƏY-80”  İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb. İlkin müzakirələrin nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriəcəyi yer kimi Heydər Əliyev adına sarayın ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin. Bundan başqa, digər bir tədbirin, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.