27 October 2026

ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb.

Bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir.

Hazırda İranın cənub-şərqindəki Ərəbistan dənizində, "USS George Vaşinqton" və "USS George Bush" aviadaşıyıcılarının rəhbərlik etdiyi iki Amerika daşıyıcı zərbə qrupu döyüş növbətçiliyindədir.

Nurlan Libre təcridxana rəisinin otağında döyüldüyünü, ardınca üç gün cərimə kamerasında saxlandığını iddia edib

Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə şahidlərin dindirilməsi baş tutmayıb. Nurlan Libre (Qəhrəmanlı) buna etiraz edib: o, müdafiəsi üçün lazım olan sənədlərin təcridxanada əlindən alındığını bildirib.

Jurnalistin sözlərinə görə, oktyabrın 18-də saxlandığı kamerada axtarış aparılıb, ittiham aktı və qeydləri götürülüb. Nurlan Libre təcridxana rəisi Elnur İsmayılovun otağında döyüldüyünü, ardınca üç gün cərimə kamerasında saxlandığını iddia edib.

İsraildə seçkilərdir; Netanyahunun müqəddəratı həll edilir

Bu gün – oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində baş nazir Binyamin Netanyahu siyasi hakimiyyətini qorumaq uğrunda gərgin mübarizə aparır.

İctimai rəy sorğuları göstərir ki, Netanyahunun "Likud" partiyası və onun sağçı müttəfiqləri ilə təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanınan keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun alyansı arasında ciddi rəqabət var. Ayzenkotu həm sağçı, həm də mərkəzçi qüvvələr dəstəkləyir.

İsrail Ordusu Qəzzaya zərbə endirdi

İsrail Ordusu Qəzza zolağının bəzi ərazilərinə bir sıra yeni zərbələr endirib.

Məlumatı Ordunun mətbuat xidməti yayıb.

Bildirilir ki, zərbələr anklavın şimal, mərkəzi və cənub hissələrini hədəf alıb. Hücumlar zamanı HƏMAS və İslam Cihadından olan dörd fələstinli öldürülüb.

Bundan əlavə, ordunun məlumatına görə, Şimali Qəzzada İsrail qoşunlarına snayper atəşi üçün istifadə edilən bir qüllə tapılıb və məhv edilib.

“Qalatasaray” “Fənərbaxça”nı məğlub etdi

Bu gün Türkiyə Super Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib.

İstanbul derbisində “Qalatasaray” doğma meydanda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib.

“RAMS Park” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.

3 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş "sarı-qırmızılılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Israel Hayom” qəzeti: Səudiyyə İran vasitəsilə Husilərə 1 milyard dollar təklif edib

“Israel Hayom” qəzetinin Fars körfəzindəki diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salmanın İrana etdiyi sürpriz səfərin əsas məqsədi “Ənsarullah” (husilər) hərəkatı ilə atəşkəsə nail olmaqdır.

Azərbaycan və İran enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib

Moskvada Azərbaycan və İran arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, İran İslam Respublikasının neft nazirinin vəzifəsini icra edən Həmid Bovard ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.