24 October 2026

MBH üzvü Samir Babayevin ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında (“Kürdəxanı” təcridxanası) saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin ailəsi ilə görüşünə icazə verilmədiyi bildirilir.

Ailəsinin verdiyi məlumata görə, yaxınları Samir Babayevlə görüşmək üçün təcridxanaya getsələr də, görüş baş tutmayıb. Eyni zamanda, artıq bir neçə gündür onun ailəsi ilə telefon əlaqəsi saxlamadığı qeyd olunur.

Tale Bağırzadə: “Əliyev rejimi dünyanın ən islamofob rejimlərindən biridir”

İlk öncə telefon danışıqlarıma tam qadağa qoydular. Günlər sonra isə bu danışıqlar üçün bəzi şərtlər irəli sürdülər. Namussuzcasına və şərəfsizcəsinə dedilər ki, anam və həyat yoldaşımla bütün telefon danışıqlarım zamanı telefonçu söhbətlərimi dinləyəcək. Əgər danışıqlarımda məişət mövzularından kənar hər hansı bir fikrə yol versəm, dərhal telefon əlaqələrim məhdudlaşdırılacaq.

Hörmüzdə neft tankerində partlayış baş verib

Hörmüz boğazında iri neft tankeri partlayıb. Bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Yayımlanan ilkin məlumatlar Hörmüz boğazında partlayış səsinin eşidildiyini xəbər verir; xam neft daşıyan çox böyük bir tanker (VLCC) boğazdan çıxarkən hücuma məruz qalıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Sentinel-2" peykinə aid olan görüntüdə orada bir gəminin idarəetmə strukturunun arxasında tünd rəng dəyişikliyi diqqət çəkib.

Hacı Rasim Məmmədov xütbəsində hicabın önəmindən danışdı

Marneuli Mərkəzi İmam Əli (ə) Məscidinin imam-cüməsi Hacı Rasim Məmmədov xütbəsində hicab mövzusuna toxunub.

İmam-cümə xütbəsinin ikinci hissəsini hicabın mahiyyətinə, önəminə və cəmiyyətdəki əhəmiyyətinə həsr edib.

O, hicabın adət-ənənə deyil, müqəddəs Qurani-Kərimin (Nur surəsi, 31-ci ayə) əmri və dinin ayrılmaz tərkib hissəsi olduğunu xatırladıb.

İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb

İranın neft gəlirləri ötən ay 1,5 milyard dolları keçib.

Fars xəbər agentliyi bildirib ki, ötən İran təqvim ayı ərzində (23 sentyabr – 22 oktyabr) neft gəlirləri 1,5 milyard dolları ötüb.

Bununla da ölkənin son yeddi ayda əldə etdiyi neft gəlirlərinin ümumi məbləği 17,5 milyard dolları keçib.

Əlavə edilib ki, ilin ilk altı ayında neft satışından ölkəyə 16 milyard dollardan çox vəsait daxil olub.

Ərbakan Ərdoğana zəng edərək ondan Azərbaycanda hicab qadağasını aradan qaldırmaq üçün yardımçı olmasını istəyib

Özü də daxil olmaqla, Azərbaycan tərəfindən 31 Türkiyə vətəndaşına tətbiq edilən giriş qadağasını qiymətləndirən Re-Refah Partiyasının lideri Ərbakan Prezident Ərdoğana zəng edib. Qadağanın şəxsi əhəmiyyət daşımadığını bildirən Ərbakan, Azərbaycanda tətbiq olunduğunu söyləyən hicab qadağasının qaldırılması üçün addımlar atılmasını istəyib.

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.

M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kq) gümüş mükafata sahib olublar.

Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.

Ukrayna Rusiyada mühüm zavodu vurdu

Ukraynanın enerji obyektlərinə zərbələri ötən gecə Rusiya və işğal olunmuş ərazilərdə elektrik böhranı yaradıb.

İlk olaraq Krımda elektrik kəsilməsi barədə məlumat verilib: əsas yarımstansiyalar sıradan çıxarılıb və bütün yarımada elektriksiz qalıb. Rusiyanın nəzarətində olan bir neçə digər bölgədə də elektrik kəsilməsi və kəsintiləri barədə məlumat verilib. Buraya işğal olunmuş Xerson və Zaporojye bölgələri daxildir.

Rusiya ABŞ-yə dizel tədarük etdi

Rusiya Atlantik okeanının şərq sahillərinə dizel yanacağı daşıyan ilk üç tankerini göndərib.

Bu barədə Rusiya Baş nazirin müavini Aleksandr Novak bildirib.

"Yanacaq daşıyan ilk üç tanker artıq Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) əhəmiyyətli dəstəyi ilə Atlantik okeanının şərq sahilinə doğru yola düşüb", - o qeyd edib.

Bloomberg: ABŞ və Böyük Britaniya arasında Ukrayna və İran məsələlərinə görə fikir ayrılığı yaranıb

ABŞ və Böyük Britaniya arasında Ukraynadakı müharibə və Vaşinqtonun İrana qarşı mümkün yeni hərbi əməliyyatları ilə bağlı fikir ayrılıqları yaranıb.

Bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 23-də Böyük Britaniyanın Baş naziri Endi Börnemlə telefon danışığı aparıb.

Məhkəmə Əfqan Sadıqovu ev dustaqlığına buraxmayıb

Oktyabrın 23-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.

Əfqan Sadıqovun vəkili Nemət Kərimli müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəmə iclasları zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb.

Hicabla məktəblilərin dərsə gəlişinin qadağalanmasına məhkəmələrin aydınlıq gətirməli olduqları məqam

Vəkil Zibeydə Sadıqova sosial media üzərindən hicablı qızların təhsil ocaqlarına buraxılmaması ilə bağlı məhkəmələrin aydınlıq gətirməli olduqları məqamlara toxunub. O, müəyyən sualları aşağıdakı formada sıralıyaraq məsələnin məhkəmənin izahına duyduğu ehtiyacı işıqlandırıb.

Hicab problemi:

Məhkəmələr qiymət verməlidir:

1. Uşağın dünyəvi təhsil alması vacibdir, yoxsa dini təhsili?