23 October 2026
AXCP sədri Əli Kərimlinin işi məhkəməyə göndərildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayır.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hələlik ilk iclasın vaxtı təyin edilməyib.
İordaniyada kilsəyə silahlı hücum: Ölənlər və yaralananlar var
İordaniyanın Kərək şəhərində yerləşən kilsələrdən birində törədilən silahlı hücum nəticəsində ilkin məlumatlara görə azı 7 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
İordaniya dövlət televiziyasının yaydığı məlumata görə, hadisə Kərək şəhərindəki “Hammod” kilsəsində dəfn mərasimi keçirilən zaman baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən naməlum şəxslər mərasimə toplaşanlara qəfil atəş açıblar.
İordan çayının qərb sahilində atışmada İsrailin 2 hərbçisi ölüb - YENİLƏNİB
Bu gün İordan çayının qərb sahilində hərbi yoxlanış məntəqəsinə silahlı hücum nəticəsində İsrail ordusunun 2 hərbçisi ölüb.
Trampın kürəkəninin Azərbaycan vasitəsilə yüz milyonlarla dollar aldığı iddia olunur
ABŞ prezidenti Donald Trampın kürəkəni və onun ilk prezidentlik dövründə baş müşaviri olmuş Cared Kuşnerin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank hesabına çıxışı olduğu, həmin hesaba isə Azərbaycandakı bir bankdan yüz milyonlarla dollar köçürüldüyü iddia olunur.
Bu iddia araşdırmaçı jurnalist Metyu Koulun hələ satışa çıxmamış “Şahzadələr və oğrular” adlı kitabında yer alıb. Kitabdan Kuşnerlə bağlı hissəni “Vanity Fair” jurnalı oktyabrın 22-də dərc edib.
Daha 3 məhbus hicab qadağasına görə aclıq aksiyasına qoşuldu
Aclıq aksiyasına qoşulanların sırasına daha üç məhbus əlavə edilib. Bunlar 8 saylı ciddi qapalı rejimli müəssisədən Etibar İsmayılov, 11 saylı müəssisədən Məmməd Quliyev və 1 saylı həbsxanadan Coşqun Balaşovdur.
Hər üç məhbus ölkədə hicablı şagirdlərin təhsil ocaqlarına gəlişinə qadağa qoyan qərarın qəbuluna etirazlarını bildirərək məktəblilərin təhsildən yayındırılmasını pisləyiblər.
11 saylı cəzaçəkmə müəssisəsindəki məhbusların hicab qadağasına etiraz bəyanatı
11 saylı müəssisədə bir qrup məhbus ölkədə davam edən məktəbli qız uşaqlarının hicab səbəbindən dərslərə buraxılmamasına etirazlarını bildiriblər. Həbsxanadan göndərdikləri bəyanatda onlar məlum hadisəni ciddi qınayıblar. Göndərdikləri bəyanatda deyilir:
Bağışlayan və Mehriban Allahın adı ilə.
Qurani-Kərimdə Uca Allah buyurur: “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın şəkildə fərqlənmişdir.”
Allah Quranda Hicabı Vacib Buyurub?? VİDEO
Volvo İsveçdə 2500 nəfəri işdən çıxaracağını açıqlayıb
İsveç avtomobil istehsalçısı Volvo Cars, İsveçdə 2000 nəfər olmaqla, 2500 nəfəri işdən çıxaracağını açıqlayıb.
Şirkət Çin rəqiblərinin təzyiqi, eləcə də ABŞ-da satışlara təzyiq göstərən tariflər və zəif tələbat səbəbindən xərcləri azaltmağa çalışır.
Almaniya Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı prosesdən narahatdır
Almaniya Xarici İşlər Nazirliyi Gürcüstanda müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsində baxılan işdən narahatlığını ifadə edib. Berlin hesab edir ki, bu proses Gürcüstanı Avropa İttifaqından daha da uzaqlaşdırır və ölkədə demokratiyanı zəiflədir.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Katrin Deşauer açıqlama verib.
İstanbulda kritik zirvə görüşü: R4 və E3 ölkələrinin xarici işlər nazirləri görüşür
Görüşdə Türkiyənin təşəbbüsü ilə R4+E3 formatında ilk dəfə yeddi ölkə bir araya gələcək. Görüşdə qarşıdakı dövrdə tətbiq oluna biləcək əməkdaşlıq və koordinasiya imkanlarının qiymətləndirilməsi gözlənilir. Xarici işlər naziri Hakan Fidan, Türkiyənin təşəbbüsü ilə cümə günü İstanbulda R4 (Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı) və R4+E3 (Böyük Britaniya, Almaniya, Fransa) Xarici İşlər Nazirləri Görüşünə ev sahibliyi edəcək.
Qəzzada 8 min fələstinlidən xəbər yoxdur
Qəzza zolağında təxminən 8 min dinc fələstinli itkin düşmüş hesab olunur. Onların çoxunun cəsidinin binaların dağıntıları altında qaldığı ehtimal edilir.
“Əl-Məsirə” telekanalı xəbər verir ki, bu barədə Qəzza zolağının Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mahmud Bəsal məlumat verib.
O, real ölüm sayının açıqlanan rəqəmlərdən daha çox ola biləcəyi barədə xəbərdarlıq edib.
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.
Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.
12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib.
Siyasi məhbuslar Azərbaycandakı səfirliklərdən ailələri üçün sığınacaq istədi
Bir qrup siyasi məhbus ölkəmizdəki xarici ölkə səfirliklərinə və diplomatik korpusun nümayəndələrinə müraciət edib:
"Hörmətli səfirlər və diplomatik korpusun nümayəndələri!













