21 October 2026
"Salman Farsi" serialının çəkilişləri yekunlaşır
İran tarixinin ən bahalı serialının çəkilişlərinin əsas hissələri yekunlaşıb. 60 bölümü əhatə edəcək dini dram əsəri məşhur rejissor və ssenaristi Davud Mirbaqirinin əsəridir. Film İslam dünyasının böyük şəxsiyyəti, İslam Peyğəmbərinin (s) dəyərli səhabəsi Salman Farsinin həyatını əhatə edir. Serialın prodüseri Hüseyn Taheridir. Mirbaqiri filimin ssenarisinin 2000-ci ilin əvvəllərindən hazır olduğunu desə də, çəklişə başlamaq üçün hər dəfə bir maniənin irəli gəldiyini bildirir.
Naxçıvanda məktəblərdə hicab qadağasına etiraz edən iki qardaş həbs edilib
Naxçıvanda məktəblərdə hicab qadağasına etiraz edən şəxslərin saxlanılması ilə bağlı yeni məlumat yayılıb.
Şərur rayonunun Qarahəsənli kənd sakinləri Seymur Akif oğlu Məmmədov və qardaşı Samur Akif oğlu Məmmədovun saxlanıldığı bildirilir.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, qardaşlar övladlarının hicabla məktəbə buraxılmamasına etiraz etdikdən sonra polisə aparılıblar.
YENİ Partiya Qırmızı dəniz və Somali ilə bağlı xəbərdarlıq etdi; Türkiyə İranla birbaşa qarşıdurma ilə üzləşə bilər!
YENİ Partiya Qrup Sədrinin müavini Murat Emir sosial media hesabında verdiyi açıqlamada Məkkə Birgə Müdafiə Sazişinin Türkiyəni İran və Husilərlə birbaşa münaqişə riski altına qoya biləcəyini iddia edib.
Sazişin Türkiyəyə uzunmüddətli və ağır hərbi öhdəliklər qoyduğunu iddia edən YENİ Partiya Qrup Sədrinin müavini Murat Emir, Türkiyə Silahlı Qüvvələrinin Somalidə və Türkiyə ticarət gəmilərinin Qırmızı dənizdə və Bab əl Məndəbdə olması ilə bağlı xəbərdarlıq edib.
Azərbaycan Türkiyənin 31 vətəndaşının ölkəyə girişinə qadağa qoyub, siyahıda deputatlar da var
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxs” elan edərək onların ölkəyə girişini qadağan edib. Siyahıda Türkiyə parlamentinin iki deputatı, siyasi partiya rəhbərləri, jurnalistlər, ilahiyyatçılar və ictimai fəallar var.
Bu barədə oktyabrın 21-də XİN-dən məlumat verilib.
MBH-nin həbsdə olan üzvünün həyat yoldaşı hicabla bağlı paylaşımlarına görə xəbərdarlıq alıb
Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin həyat yoldaşı Şahanə Həsənova hicabla bağlı paylaşımlarına görə xəbərdarlıq aldığını deyir.
O, bu barədə oktyabrın 21-də sosial media hesabında məlumat yayıb.
Cəzaçəkmə müəsisələrində daha 4 məhbus aclıq aksiyasına qoşulub
Orta məktəblərbə baş örtüyü qadağasından sonra yaranan etiraz dalğası böyüməkdə davam edir. Qeyri-rəsmi məlumatlara görə çoxsaylı saxlanılanlar da var. Lakin eyni halda hər gün hicablı məktəblilər qapılarından içəri buraxılmadıqları təhsil ocaqlarına gələrək alınan təhsil hüquqlarının qaytarılması üçün mübarizələrini də davam etdirirlər.
Fəzilətli qadın (2-ci veriliş) VİDEO
PSJ "Barselona"nı məğlub etdi
Paris klubu PSJ Çempionlar Liqasının qrup mərhələsinin üçüncü tur matçında Kataloniya klubu "Barselona"nı məğlub edib.
Parisdəki "Park des Princes" stadionunda keçirilən matç 4-2 hesabı ilə başa çatıb.
Qətər: 3-cü dünya müharibəsi artıq başlayıb…
Dünya artıq, ehtimal ki, Üçüncü Dünya müharibəsinin ilk ilini yaşayır.
Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsari bildirib.
O, bir dəfə həmkarının ona dediyi sözləri xatırladıb. Həmkarı qeyd edib ki, 1940 və ya 1941-ci illərdə yaşamış insanlar İkinci Dünya müharibəsinin ikinci, yaxud üçüncü ilində olduqlarını dərk etmirdilər. Bu, yalnız illər keçdikdən sonra aydın oldu.
Qəzza soyqırımı davam etsə də, İslam ölkələrinin İsraillə ticarətində azalma olmayıb
İsrailə qarşı siyasi ritorikada gərginlik müşahidə olunsa da, diplomatik və kommersiya münasibətlərinin də buna uyğun gəlmədiyi müşahidə olunur.
Fransadakı iğtişaşların vurduğu zərər 1 milyard avronu ötüb
“Morningstar DBRS” analitiklərinin hesablamalarına görə, Fransada baş verən iğtişaşlar nəticəsində sığorta şirkətlərinin zərəri 1,2 milyard avroya qədər yüksələ bilər.
Bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Nəşr qeyd edir ki, iğtişaşların davam etməsi halında xərclər daha da arta bilər. Gələcəkdə bu kimi hadisələrin hər il yüz milyonlarla avro məbləğində zərərə səbəb olacağı gözlənilir.
Ayətullah Ərafi Azərbaycanda təhsil müəssisələrində hicab qadağasına etiraz edir
İranın İslam dini mədrəsələrinin rəhbəri Ayətullah Əli Rza Ərafi Azərbaycan Respublikasının təhsil müəssisələrində hicab taxılmasına qoyulan qadağa ilə bağlı bəyanatla çıxış edib.
Rəhman və Rəhim olan Allahın adı ilə!
Hicab və İslamın geyim qaydalarına riayət edilməsi, xüsusilə qadınların örtünməsi İslam tarixi boyunca şəriətin vacib hökmü, İslam həyat tərzinin ayrılmaz hissəsi və köklü dini ənənə kimi qəbul edilmişdir.
Vəkili hicab qadağasına etirazla saxlanılan şəxslə görüşə bilmir
Vəkil Nazim Musayev hicab qadağasına etirazla əlaqədar saxlanılan şəxsə hüquqi yardım göstərə bilmədiyini deyir.
Vəkil sosial media hesabında yazıb ki, müvəkkilinin ailəsi ilə bağladığı müqavilə əsasında hüquqi yardım üçün tələb olunan sənədləri Xəzər Rayon Polis İdarəsinin müstəntiqinə təqdim etmək istəyib. Onun sözlərinə görə, müstəntiq sənədləri qəbul etməkdən imtina edib.













