17 July 2026

ABŞ İranda mülki infrastrukturu vurur, Tehran isə cavabında Körfəzdəki ABŞ obyektlərini hədəf alır

Tramp ABŞ-ın "İranda böyük qələbə qazandığını" və Amerika xalqının "bu əməyin nəticələrini" görəcəyini söyləsə də, lakin bölgədəki münaqişələr şiddətləndikcə, mümkün razılaşma getdikcə daha uzaq görünür.

ABŞ İrana qarşı hava hücumlarını altıncı gecə davam etdirdi. İran dövlət mediası cümə səhəri erkən saatlarda mülki infrastrukturun hədəfə alındığını və hücumlarda ən azı yeddi nəfərin öldüyünü bildirdi.

Tramp Hizbullah dosyesini HTS-ə təhvil verməyə hazırlaşırmı?

ABŞ prezidenti Donald Tramp İsrailin Livanda yenidən yerləşdiriləcəyini və HTS lideri əl-Colaniyə Hizbullah dosyesini ələ keçirməyə icazə verəcəyini açıqlayıb.

Ötən çərşənbə günü Fox News televiziyasına verdiyi açıqlamalarda ABŞ prezidenti Donald Tramp İsrailin Livanda yenidən yerləşdiriləcəyini bildirib.

Yəmən Səudiyyə Ərəbistanına qarşı yeni hərbi doktrina elan etdi

Yəmən Ali Siyasi Şurası Səudiyyə Ərəbistanına cavab olaraq, “hava limanına qarşı hava limanı, blokadaya qarşı blokada” prinsipinə əsaslanan yeni çəkindiricilik doktrinası elan edib.

Səudiyyə rejimini fəsadlara görə birbaşa məsuliyyət daşıdığını bildirən şura, sözügedən əməliyyatların Yəmən xalqını ən fundamental hüquqlarından məhrum etməyə yönəlmiş bir cinayət olduğunu vurğulayıb.

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb"

Bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib.

"Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.

Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.

Məlumat marşrutları və yeni güc balansı

Enerji marşrutları hələ də qlobal gücün əsasını təşkil edir. Lakin indi, təsirdən istifadəni sakitcə yenidən formalaşdıran başqa bir, daha az nəzərə çarpan bir şəbəkə onun yanında fəaliyyət göstərir.

23 mart 2021-ci il səhəri dünya indiyə qədər tikilmiş ən böyük konteyner gəmilərindən biri olan Ever Given-in Süveyş kanalında ilişib qalmasını izlədi. Bir neçə saat ərzində yüzlərlə gəmi kanalda ilişib qaldı. Qlobal təchizat zəncirləri yavaşladı, sığorta xərcləri artdı və enerji bazarları dərhal reaksiya verdi.

Livan yenə hücum altında!

Livanla imzalanan çərçivə müqaviləsinə, atəşkəsə və ABŞ-İran müqaviləsinə baxmayaraq, işğalçı ordu Livanın cənubundakı bir neçə şəhərə hava və artilleriya hücumları həyata keçirib.

İsrail bölgədəki atəşkəsə və Livanın da daxil olduğu bildirilən ABŞ-İran müqaviləsinə baxmayaraq hücumlarını davam etdirib.

Livan rəsmi agentliyi NNA-nın məlumatına görə, işğalçı döyüş təyyarələri Yuxarı Nəbatiyyə şəhərindəki Deyr məhəlləsi ətrafında iki hava hücumu həyata keçirib.

İrandan nöqtə zərbəsi: ABŞ-nin Küveytdəki radar sistemi vuruldu

İrandan Küveytə PUA zərbəsi: ABŞ hədəfləri vuruldu, güclü partlayışlar baş verdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi hədəflərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirdiyini bəyan edib.

Zərbələrdən sonra hədəf alınan ərazilərdə güclü yanğın başlayıb, Küveytin müxtəlif bölgələrində ard-arda güclü partlayış səsləri eşidilib.

Jurnalistləri Müdafiə Komitəsi Aytac Tapdığın səhhəti ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meydan TV işi” üzrə bir il yarımdır həbsdə saxlanılan jurnalist Aytac Tapdığın (Əhmədova) səhhəti ilə bağlı bəyanat yayıb.

Təşkilat jurnalistin tibbi müayinə və müalicə ilə təmin edilməməsi barədə məlumatlardan narahatlığını bildirib:

Vilayətidən kritik Hörmüz xəbərdarlığı: “Güzəşt yoxdur!”

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Hörmüz boğazının İrana məxsus olduğunu və dünyada heç bir gücün bu boğazı İranın suverenliyindən çıxara bilməyəcəyini bəyan edib. O, boğazın istifadəsinə dair alternativ marşrut təkliflərini “milli sərvətin hərraca çıxarılması” kimi qiymətləndirib.

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.

APA xəbər verir ki, Ağdam təmsilçisi İslandiyada "Vestri"nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb - 3:0.

Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Siyasi məhbus ruhani Şeyx Sərdar Hacıhəsənli yenidən Umbakıya köçürülüb

İlahiyyatçı Şeyx Sərdar Hacıhəsənli yenidən Umbakı qəsəbəsində yerləşən ciddi rejimli qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. O, növbəti 1 ilini ciddi qapalı rejimdə keçirməli olacaq. Ruhani 12 saylı cəzaçəkmə müəssisəsindən geri qaytarılaraq Umbakıya aparılıb.