18 March 2026

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb

Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınıb.

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emil Həsənzadə deyib.

Bunlar şiə daxilində, müsəlmanlar arasında parçalanma yaratmaq istəyən məzhəbçi oyunçulardır

Tufeyli: Hizbullahı təhqir edir və lənətləyir. O, müqavimət cəbhəsini fars millətçiliyi kimi görür. O, bölücü və zərərli çıxışlarını "təcili elanlar" kimi dərc edir. Buna görə də, o, "müqavimətə qarşı çıxan sünni İslam daxilindəkilərin dostu və onların fikrincə, mühüm şiə dini xadimi" kimi təsvir olunur.

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri İranla müharibəyə görə istefa verdi

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Joe Kent İran müharibəsinə görə istefa verdiyini açıqlayıb.

O istefasını sosial şəbəkədə paylaşım edərək açıqlayıb və "vicdanıma uyğun olaraq İranla davam edən müharibəni dəstəkləyə bilmərəm" yazıb.

Senat Joe Kenti bu vəzifəyə keçən ilin iyulunda Trampın namizədi olaraq təsdiqləmişdi.

Ekspert: “TRIPP layihəsi ABŞ üçün real plan yox, daha çox siyasi şou idi”

ABŞ-İsrail-İran müharibəsi üçüncü həftəsinə qədəm qoyur. Başlanğıc mərhələ ilə müqayisədə regionda hərbi əməliyyatların intensivliyi müəyyən qədər zəifləsə də, ABŞ və İsrail müharibəni qələbə ilə başa çatdıracaqlarını israrla bəyan edir. İran tərəfi isə sona qədər döyüşəcəyini və təslim olmayacağını bildirir.

Dini inanclı fəal: 'Polislər işgəncə verdilər, başımı unitazın içinə salmağa cəhd elədilər'

Müsəlman Birliyi Hərəkatının (MBH-nin) üzvü, 3 ay öncə azadlığa buraxılan Samir Babayev yenidən həbs edilib. MHB-dən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, inanclı fəala qarşı narkotik ittihamı irəli sürülüb və o, hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Dini inanclı fəal martın 6-da səhər saat 10 radələrində işə gedərkən saxlanılıb:

İran Laricaninin öldürülməsinə cavab olaraq Təl-Əvivi kaset başlıqlı raketlərlə vurub, ölənlər var

İran ölkənin təhlükəsizlik rəhbəri Əli Laricaninin öldürülməsinə cavab olaraq İsrailin Təl-Əviv şəhərini raketlərlə hədəfə alıb.

“Rruters“ xəbər verir ki, İran tərəfindən buraxılan raketlər kaset tipli başlıqlarla təchiz olunub.

İsrail tərəfi bildirib ki, bu cür başlıqlar havada çoxsaylı kiçik partlayıcı sursatlara parçalanaraq geniş əraziyə yayılır və onların zərərsizləşdirilməsi çətin olur.