03 January 2026

Rassel Uestbruk NBA-nın tarixinə düşüb

"Sakramento Kinqs" klubunun basketbolçusu Rassel Uestbruk NBA-nın tarixinə düşüb.

O, liqada ən çox xal toplayan oyunqurucusu ünvanını ələ keçirib.

37 yaşlı basketbolçu müntəzəm mövsümün "Finiks"ə qarşı oyununda (102:129) 17 xal toplayaraq NBA karyerasındakı xallarının sayını 26.711-ə çatdırıb.

R.Uestbruk bu göstərici ilə əfsanəvi Oskar Robertsonu (26.710 xal) geridə qoyub.

Azərbaycan-İran sərhəd buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının səbəbi məlum olub

Son günlər Azərbaycan-İran dövlət sərhədinin buraxılış məntəqələrində yük avtomobillərinin sıxlığının yaranması barədə məlumatlar yayılıb.

Azərbaycanla İran arasında dövlət sərhədindən buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin müşahidə olunan sıxlığının müzakirə olunması məqsədilə İran İslam Respublikası Azərbaycan tərəfinə müraciət edib.

Tramp Maduronun tutularaq ölkədən çıxarıldığını deyir

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun amerikalı hərbçilər tərəfindən tutularaq ölkəsindən çıxarıldığını deyib. 

O, bunu yanvarın 3-ü səhər saatlarında "Truth Social" platformasında yazıb.

Trampın sözlərinə görə, Maduronun həyat yoldaşı da onunla birlikdə tutulub və ölkədən çıxarılıb. O, əlavə detalların veriləcəyini deyib. 

Siyasi məhbus Telman Rəşidov azadlığa buraxılıb

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdən azad olunan üzvlərinin sayı 9-a çatıb. Hərəkatın daha bir üzvü — Telman Rəşidov bu gün cəzasını çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Məhbusların azad edilməsi 2025-ci ilin dekabr ayının sonunda imzalanmış Amnistiya aktı çərçivəsində həyata keçirilir.

Ərəb Mətbuatı: İŞİD əməliyyatında Müsəlman Qardaşları Təşkilatının üzvləri də saxlanılıb

Türkiyənin Konya şəhərində mərkəzləşmiş və üç əyaləti əhatə edən əməliyyatda cinayət törətmək üçün təşkilat yaratmaq və çoxsaylı oğurluq və fırıldaqçılıq işlərində iştirak etmək şübhəsi ilə 21 nəfər saxlanılıb.

İstanbulda mərkəzləşmiş İŞİD əməliyyatında 28 şübhəli saxlanılarkən, ərəb mətbuatı siyahıda Müsəlman Qardaşları Təşkilatının üzvlərinin də olduğunu iddia edib. Mətbuatda yer alan iddialardan sonra bəzi Müsəlman Qardaşları özlərini müdafiə etmək üçün verdiyi açıqlamalar da diqqəti cəlb edib.

Türkiyə Somali sahillərində qazma işlərinə başlayacaq

Türkiyə fevral ayında perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Bu, Türkiyənin ölkə xaricində dərin sularda həyata keçirəcəyi ilk kəşfiyyat-qazma layihəsidir.

Türkiyənin “Çağrı bəy” gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.

Xarkov ballistik raketlərlə vurulub: Yaralananlar var

Yanvarın 2-də Rusiya qüvvələri Xarkov şəhərinə hava hücumu edərək, yaşayış məntəqəsini vurub.

Ukrayna Prezident Volodimir Zelenskinin sözlərinə görə, Rusiyanın Xarkova dəhşətli hücumu baş verib.

İlkin olaraq iki raket atılıb və yaşayış məntəqəsi vurulub. Binalardan birinə ciddi ziyan dəyib. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Bu gün İmam Əlinin (ə) mövlud günüdür

İmam Əli (ə) “Ammul-fil” -Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib, anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır.

ABŞ Venesuelaya zərbələr endirib, paytaxt Karakasa desant qüvvələri endirilib

ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə zərbə endirib.

Bu barədə xarici KİV məlumat yayıb.

Prezident Nikolas Maduronun ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzaladığı bildirilir.

Məlumata görə, ABŞ raketlərindən biri Karakasdakı sursat anbarına düşüb.

Ölümsüz qəhrəmanları hüznlə anırıq

Tarix səhifələri İslamın qeyrət yükünü çiyinlərində daşıyaraq böyük düşmən seli qarşısında misilsiz fədakarlıq göstərmiş ölümsüz şəxsiyyətlərə şahidlik edir. Bu şəxsiyyətlər sırasında bir xalqın, bir millətin yaşaması naminə mübarizə aparanlarla yanaşı, bütün bəşəriyyətin və İslam dünyasının müdafiə yükünü çiyinlərinə alan qəhrəmanların yer alması danılmazdır.

İmam Əli (ə) – Ədalətin, Hikmətin və İmanın Təcəssümü

İslam tarixində elə şəxsiyyətlər var ki, onların adı çəkiləndə təkcə bir dövr deyil, bütöv bir məktəb yada düşür. Bu uca simalardan ən önəmlilərindən biri də İmam Əli ibn Əbu Talibdir (ə). Onun mövludu təkcə bir tarixi hadisə deyil, haqqın, ədalətin və ilahi hikmətin yer üzünə təcəlli etdiyi müqəddəs bir gündür.

Hacı Tale Bağırzadə: “Şəhidləri ehtiramla yad edir, ruhları önündə baş əyirik”

İmperializmin İslama qarşı məkirli planlarını mübariz ruhu ilə alt-üst edən böyük sərkərdə Qasim Süleymani bu gün şəhadətinin altıncı ildönümündə ehtiramla anılır. Bu tarix həmçinin Mehdi Mühəndisin və digər mübarizlərin Amerika terroru nəticəsində şəhid olduqları gündür.