02 January 2026

Qəzzada məcburi köçkün çadırında yanğın: Ana və övlad həlak oldu

Dərc məhəlləsində faciəli hadisə

Cümə axşamı günü Qəzza şəhərinin mərkəzində yerləşən Dərc məhəlləsi ərazisində məcburi köçkünlərin sığındığı çadırda yanğın baş verib. Hadisə nəticəsində bir ana və onun azyaşlı övladı həlak olub, daha bir şəxs isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Məlumatı bölgədəki mənbələrə istinadən yerli jurnalistlər yayıb.

Trampın İraq üzrə xüsusi elçisi Yeni ilin əvvəlində təhdid mesajı göndərdi

ABŞ prezidenti Donald Trampın İraq üzrə xüsusi elçisi Mark Savaya yeni ilin başlanğıcı münasibətilə yayımlanan mesajda İraq xalqına qarşı sərt və təhdidedici ifadələr işlədib.

Cümə axşamı (1 yanvar 2026) İraq xalqına ünvanladığı mesajda Trampın İraq üzrə xüsusi elçisi Mark Savaya iddia edib ki, Vaşinqton, onun sözlərinə görə, bu ölkədə "qeyri-sabitliyə, nəzarətsiz silahlara və korrupsiyaya son qoyacaq" bir prosesi dəstəkləyəcək.

Bakıda yeni ilin soyuq qış günlərində 'Azəriqaz' kartlarında problem yaranıb

Son günlər Azərbaycanda, əsasən də, paytaxt Bakıda "Azəriqaz" İstehsalat Birliyinin (İB) ödəniş sistemində ciddi texniki problem yarandığı bildirilir.

Ayrı-ayrı vətəndaşların AzadlıqRadiosuna şikayətlərinə görə, ödəniş terminalları vasitəsilə qaz kartlarına pul yatırıldığı halda, vəsait kartlara yüklənmir, sayğacda kart balansı boş göstərir.

Problem mexaniki sayğaclardan yararlanan abonentlərə aid deyil.

İmam Həsən (ə) həyət layihəsinin hazırkı vəziyyəti

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında böyük layihənin tikintisinə start verilib. Bu İmam Hüseynin (ə) ziyarətgahına bitişik İmam Həsənin (ə) adını daşıyan tikilidir. Hal-hazırda hərəmin həyətində bu layihənin tikintisi sürətlə davam edir. Bünövrə qazıntısı və hazırlıq mərhələləri başa çatmaq üzrədir.

Layihəyə əsasən burada bir çox xüsusi tikililər yer alacaq.

Rusiyadan Ukraynaya ağır zərbə

Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi qulluqçuların və hərbi texnikanın cəmləşdiyi əraziyə aviazərbə endirildiyini açıqlayıb.

Zərbə Su-34 tipli döyüş təyyarəsi ilə həyata keçirilib.

Nazirliyin yaydığı videogörüntülərdə hədəflərin dəqiqliklə vurulduğu iddia olunur.

Qeyd edək ki, təqdim olunan görüntülər Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb. Məlumat TASS agentliyi vasitəsilə ictimaiyyətə çatdırılıb.

İsrail Qəzzada 37 humanitar təşkilatın fəaliyyətini qadağan edib

Qəzzada humanitar təşkilatlara kütləvi qadağa

Sionist rejim bu gün açıqlama yayaraq Qəzza zolağında 37 böyük beynəlxalq humanitar təşkilatın fəaliyyətinə qadağa tətbiq ediləcəyini bəyan edib. Rəsmi Təl-Əviv bu qərarı yeni qəbul olunmuş qanunvericiliyə əsaslandıraraq, sözügedən təşkilatların İsrail hakimiyyətinə fələstinli əməkdaşlarının siyahısını təqdim etmədiyini iddia edib.

Dinc etirazlar və ya terrorçu qruplar: İranda nə baş verir?

İranda bəzi qruplar tərəfindən qanuni etirazların xaosa çevirmək cəhdləri müşahidə olunur.

Son etirazlar zamanı, ictimaiyyətin iqtisadi böhran və inflyasiyadan narazılığına baxmayaraq, iştirakın əvvəlki dövrlərə nisbətən daha aşağı olduğu müşahidə edildi. Bununla belə, etiraz etmək və şikayətlərini bildirmək hüququ İran xalqının təbii hüququdur və oxşar etirazlar bütün dünyada keçirilir.