15 November 2024

Xəzəryanı ölkələr ekoloji problemlərin həlli üçün çalışırlar

Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizi məsələlərində birgə işləyir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransında iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıda səfərdə olan Rusiyanın baş prokuroru İqor Krasnov Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın əməkdaşlıq edəcəyini bildirib. Xəzər dənizi ilə bağlı ekoloji problemləri həll etdiyini qeyd edib.

Daha iki idmançımız Avropa çempionu oldu

Azərbaycanın iki cüdoçusu Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa çempionatında qızıl medal qazanıblar.

Hüseyn Allahyarov (60 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycanın digər təmsilçilərindən Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb.

Gürcüstana məhkəməsi Əfqan Sadıqovun şikayətini təmin etməyib

Noyabrın 15-də Tbilisi Şəhər Məhkəməsi Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovun Gürcüstanda siyasi sığınacaq  almaq müraciətinə imtina cavabı ilə bağlı şikayətinə mahiyyəti üzrə baxıb.

Jurnalist həyat yoldaşı  Sevinc Sadıqova Turan-a bildirib ki, 56-cı gündür aclıq aksiyası keçirən jurnalist məhkəməyə  əlil arabasında gətirilib.

Hizbullah ilk dəfə Təl Haim bazasını hədəfə aldı

Hizbullah İsrail hərbi kəşfiyyatının ilk dəfə olaraq Təl-Əvivdəki Tel Haim kəşfiyyat qərargahına raket hücumu təşkil etdiyini açıqlayıb.

Livan Hizbullahı Xeybər əməliyyatları çərçivəsində ilk dəfə Təl-Əvivdəki Təl Haim bazasını (İsrail ordusunun kəşfiyyat təşkilatına bağlı) hədəf aldığını açıqlayıb.

Hizbullah bu hücumda adlarını açıqlamadığı xüsusi raketlərdən istifadə edib. Bu kəşfiyyat qərargahı Livan sərhədindən 120 kilometr aralıda yerləşir.

Ayətullah Xamenei xüsusi elçi ilə Livana məktub göndərib

İran dövlətinin rəsmisi Əli Laricani Suriyanın ardınca Livanda səfərdədir.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, o, Beyrut təmasları çərçivəsində Livanın Baş naziri Nəcib Miqati və parlamentinin sədri Nəbih Bərri ilə görüşlər keçirib.

Əli Laricani İran İslam İnqilabının Ali lideri Ayətullah Xameneinin məktubunu Bərriyə çatdırdığını bildirib.

Məktubun məzmunu barədə açıqlama verilməyib.

İndoneziya, Malayziya və Tailand BRICS-in tərəfdaş ölkələri olub

İndoneziya, Malayziya və Tailand BRICS-in tərəfdaş ölkələri olublar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, "tərəfdaş ölkə" statusu “BRICS”ə tam hüquqlu üzv olmaqdan əvvəl məcburi bir addımdır.

Birliyin tərəfdaş ölkələri arasında Əlcəzair, Belarus, Boliviya, Vyetnam, Qazaxıstan, Kuba, Nigeriya, Türkiyə, Uqanda, Özbəkistan da var.

Lionel Messi hakimi təhqir edib

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının seçmə mərhələsində Paraqvay yığmasına səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyun zamanı baş hakim Anderson Daronkonu təhqir edib.

Unikal xəbər verir ki, buna referinin kobudluğa görə rəqib futbolçunu meydandan qovmaması səbəb olub.

Ulduz oyunçu epizoddan sonra braziliyalı hakimin ünvanına təhqiredici ifadələr səsləndirib.

AK Partiyadan neft nəqli ilə bağlı açıqlama

AK Partiya Qrup sədri Özlem Zengin, İsrailə neft nəqlinin müzakirələri haqqında danışıb. Zengin, "Müqavilə AK Partiyadan əvvəl imzalanıb. Bu xəttdən keçən neftlə bağlı Türkiyənin heç bir əlaqəsi yoxdur. Biz Türkiyə olaraq bu kəməri işlətməyə borcluyuq. Yəni neftlə heç bir işimiz yoxdur. Buradan əldə edilən gəlir də bir daha qeyd etmək istərdim ki, barel 1,27 dollar civarındadır və gündəlik 700 min bareldir" deyib.

Prezident Ərdoğan Bahçeli ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində MHP sədri Dövlət Baxçalı ilə görüşüb. Ərdoğanın “Daxili cəbhəni toxunulmaz saxlayacağıq” sözlərindən sonra toplantının prioritet gündəmi terrorla mübarizə olub.

Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı keçirilib. Görüşün 1 saat davam etdiyi bildirilir.

 

Masada hansı məsələlər var idi?

Azərbaycanda COP29-da etiraz aksiyası

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) üzv ölkələrin 29-cu Konfransında İsrailə neft göndərməklə soyqırımı dəstəklədiyinə görə Azərbaycana etiraz edilib.

Etirazlarda İsrailin Fələstində həyata keçirdiyi soyqırımına son qoyulması üçün ölkəyə neft ixracının dayandırılmasının vacibliyi vurğulanıb.

Təbiətin kamil əsərini məhv edənlərin təbiəti qoruyacağı fikri saxtakarlıqdan başqa bir şey deyil

Ölkədə beynəlxalq COP29 konfransının keçirildiyi bir zamanda onlarla təşkilatın Azərbaycanda xüsusi olaraq siyasi məhbus probleminə diqqət ayırması olduqca təqdirəlayiqli bir addımdır. Təbiətin şah əsəri olan insanın dəyəri alınmayan bir düzəmində təbiətə dəyər nümayişi süni və saxtakarlıqdan başqa bir şey deyil. Fundamental azadlıqların ayaqlar altına alındıqı, söz, fikir və düşüncə, inanc və inam məhbusu olan yüzlərlə vətəndaşımızın günahsız məhbəs həyatına məhkum edilməsi konfransın səmimiyyətdən çox çox uzaq olmasına əyani nümunədir.

15 noyabr - 5 dekabr Xanım Zəhranın (s.ə.) şəhadəti - Əyyami Fatimiyyə günləridir

Bu günlərə “Əyyami Fatimə” deyilməsinin səbəbi o xanımın şəhadət tarixinin iki rəvayətdə nəql olunmasına görədir.

 

İki rəvayət həzrətin şəhadətilə bağlı nəql olunur. Onlardan biri Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digərisə 95 gün sonra deyə qeyd olunur.

Senzura İsrailin Livandakı itkilərini gizlədə bilirmi?

İsrail mediasına tətbiq edilən senzuranın fonunda Hizbullah İslam Müqaviməti İsrailə qarşı uğurlu əməliyyatlar həyata keçirdiyini açıqlayıb.

Belə ki, İsrail ordusunun “Stella Maris” dəniz bazasına (Şimali sahildəki dəniz izləmə və nəzarət üçün strateji bazadır), Livan-Fələstin sərhədindən 35 km uzaqlıqda, Xeybər əməliyyatları çərçivəsində, keyfiyyətli raket atəşi ilə hücum edib.