26 May 2023

Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə bürünc medal əldə edib

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medalla kifayətlənib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda fransalı Fatia Benmessahelə uduzub.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Səudiyyə İraqa 3 milyard dollar yatıracaq

3 milyard dollar kapitallı Səudiyyə Ərəbistanı – İraq investisiya şirkəti yaradılır.

Operativ.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Fəlih məlumat verib.

Onun sözlərinə görə, şirkət tezliklə İraqda öz fəaliyyətinə başlayacaq və bu ölkədəki strateji layihələrin həyata keçirilməsi ilə məşğul olacaq.

Həbsdə olan inanclıların ailə üzvləri etiraz aksiyası keçirib

Mayın 26-da həbsdə olan inaclı fəalların bir qrup ailə üzvü Azərbaycan Prezident Admistrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları həbsdə olan yaxınlarının fotolarını qaldıraraq onların günahsız həbs olumalarına öz etirazını bildiriblər. Bir neçə yüzü ötən inanclıların narkorik ittihamı ilə saxlanılmasını məntiqsiz ittiham adlandıran ailə üzvüləri, inanclılara narkotik ittihamını qəbul etdirmək üçün onlara polis idarələrində ağlasığmaz işgəncələr verildiyini söyləyiblər.

Bu gün ruhani Hacı İlqar Rəcovun məhkəməsi keçirilib

Bu gün Binəqədi rayon məhkəməsində ruhani Hacı İlqar Rəcovun məhkəməsi keçirilib. Hakim Aynurə Sadıqovanın sədrliyi ilə baş tutan məhkəmə ruhani barəsində həbsqəti imkan tədbirinin uzadılması və İlqar Rəcovun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Prosesdə ruhani Hacı İlqar Rəcov özü də iştirak edib.

Azərbaycan: İsrailin öz torpaqlarımızdan İrana hücumuna imkan verməyəcəyik

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini deyib: “Biz başqa ölkələr arasında münaqişələrə qarışmırıq. Bakı İsrailin bizim torpaqlardan İrana hücum etməsinə icazə verməyəcək”.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev İsrail mediasına müsahibəsində deyib: Bakı digər ölkələr arasında münaqişələrə qarışmadığı üçün İsrailin bizim torpaqlardan İrana hücum etməsinə imkan verməyəcək.

Etirazçılar Netanyahunun evinin qarşısına toplandı

Yüzlərlə İsrail vətəndaşı sionist rejimin məhkəmə sisteminin islahat planına etiraz olaraq işğal olunmuş Qüdsdə baş nazirin evi qarşısında nümayiş keçirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Quds Press saytının məlumatına görə, ibrani dilli Ynet internet saytı elan edib ki, 550-yə yaxın İsrail vətəndaşı cümə axşamı günü işğal altındakı Qüdsdə baş nazir Binyamin Netanyahunun evi qarşısında bu rejimin məhkəmə sistemində təklif edilən islahatlara etiraz edib.

Seyid Həsən Nəsrullah: Artıq güclü və böyük İsrail deyə bir şey yoxdur!

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam çıxış edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam etdiyi çıxışında gündəmi dəyərləndirib.

Nəsrullah çıxışında deyib: "İşğalçı rejimin 2000-ci ildə Livan və Qəzzadan çəkilməsindən sonra artıq güclü və böyük İsrail deyə bir şey yoxdur".

Əlizamin Salayevin vəkili: "Dedi ki, ya bəraət alacaq, ya da hədsxanada öləcək"

"Əlizamin Salayevin səhhəti çox ağırdır. Onu görüşə əlil arabasında gətirdilər. Ayaq üstə dayana bilmir"

Toplum Tv xəbər verir ki, bunu mayın 25-də "Turan"a açıqlamasında həbsxanada 108 gündür aclıq aksiyası keçirən AXCP fəalı Əlizamin Salayevin vəkili Fəxrəddin Mehdiyev bildirib. 

Avropa İttifaqı ölkələri Rusiyanın 200 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqı ölkələri Rusiya Federasiyası Mərkəzi Bankının 200 milyard avroluq aktivlərinin dondurulduğunu təsdiqləyib.

Toplub TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Kristian Viqand açıqlama verib. O həmçinin bildirib ki, Aİ ölkələri dondurulmuş aktivlərin yeri barədə Avropa Komissiyasını məlumatlandırıb.