Səudiyyə İraqa 3 milyard dollar yatıracaq

3 milyard dollar kapitallı Səudiyyə Ərəbistanı – İraq investisiya şirkəti yaradılır.

Operativ.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Fəlih məlumat verib.

Onun sözlərinə görə, şirkət tezliklə İraqda öz fəaliyyətinə başlayacaq və bu ölkədəki strateji layihələrin həyata keçirilməsi ilə məşğul olacaq.

Falih ələvə edib ki, 1,5 milyard dollar iki ölkə arasındakı idxal və ixracın inkişafı və maliyyələşdirilməsi layihələrinə, 1 milyard dollar İraqın bərpası ilə bağlı işlərə, daha 500 milyon dollar da qarşılıqlı ticarətə yatırılacaq.