Bu gün ruhani Hacı İlqar Rəcovun məhkəməsi keçirilib

Bu gün Binəqədi rayon məhkəməsində ruhani Hacı İlqar Rəcovun məhkəməsi keçirilib. Hakim Aynurə Sadıqovanın sədrliyi ilə baş tutan məhkəmə ruhani barəsində həbsqəti imkan tədbirinin uzadılması və İlqar Rəcovun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Prosesdə ruhani Hacı İlqar Rəcov özü də iştirak edib.

Məhkəmə ruhani barəsində seçilmiş həbs qəti imkan tədibirinin müddətini daha 2 ay müddətinə artırıb. O, eyni zamanda İlqar Rəcov barəsindəki həbsin ev dustaqlığına əvəz olunması ilə bağlı verilən vəsatəti də təmin etməyib. Ruhaninin vəkili Elçin Sadıqov qərardan apelyasiya şikayəti verəcəyini də vurğulayıb.

Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayında narkotik ittihamı ilə şərlənərək həbs edilib. Onun barəsində C.M-nin narkotik maddəsi (234.4.3 satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) ilə cinayət işi başlanıb.