Bunu həm siz, həm də “onlar” çox yaxşı bilir

Həbs dalğası genişlənincə bunun sifarişli olma həqiqətini hər kəs üçün aydınlatdı. Son rəqəmlər bunun bir neçə yüzü ötən bir say üzərindən baş verdiyini söyləyir. Dünənə qədər kimsə bu “cəsus” və “narkotik” ovuna müəyyən qədər inanırdısa, az qala hər bir ailənin payına düşən həbslər bu gün bütün bunların sifarişli, qurama anti-islam, anti-şiə təmizləməsi olduğunu anlayır. Maraqlı odur ki, hakimiyyətin yaratdığı bu məzhəkə əslində iki əhəmiyyəti orqanın fəaliyyətini və ya yumşaq desək, fəaliyyətsizliyini şübhə altına qoyur.
Öncə “cəsus” adlandırılan bu inanclıların ölkənin yetərli rəqəmlərini əhatə edən bir reallıq olması mütləq ölkənin güc strukturu, təhlükəsizlik xidmətini buraxılmaq məcburiyyətində qoyur. Əgər bir ölkənin daxilində “cəsus” olaraq yüzlər şübhəli şəxs deyil, az qala icraçi ittihamı ilə tutulursa, bəs bu ölkənin mövcd orqanları bu günə qədər hansı işlə məşğul olub? Axı iddiada əks olunan cəsluq bir günə əmələ gələn məsələ deyil ki, aparıcı dövlət orqanları bundan xəbərsiz olsun. İki haldan birini etiraf edilməlidir. Bunlar - qeyd edilən orqanların işlərinin öhtəsində gələ bilməməsi və ya rüşvət alaraq bu işə göz yummaq. Yalnız bu iki hal ölkədə cəsus inkişafına zəmin yarada bilər. Əks halda etiraf edilməlidir ki, bu qurama, anti-islam layihəsidir ki, hələ də həbsləri gerçəkləşdirir.
Digər bir məsələ çox danışılan, son dövrlər “milliləşən” narkotik vasitələri ittihamıdır. Yenə rəqəmləri, ittihamları təkcə inanclılar üzərindən götürsək ölkədə bu qədər narkotik vasitələrin haradan gəlməsi sualı ortaya çıxacaq. Sərhədlərin bağlı bir zamanında iddia olunduğu kimi “İrandan tanımadığı şəxs” vasitəsi ilə narkotik əldə edən insan mütləq bunu sərhəddə mümkün rəhbərliyin əli ilə ölkəyə gətirməlidir. Belə olan halda mütləq Dövlət Kömrük Xidməti işinin öhtəsindən gələ bilməmə səbəbindən buraxılmalıdır. Bu məsələ də yuxarıda qeyd ediləcək sadə reallıqdır: bu kömrük orqalarının işinin öhtəsindən gələ bilməmək və ya rüşvət hesabına ölkəyə gizli yolla narkotik vasitələrin buraxılmasını təşkil etmək vasitəsi ilə mümkün ola bilər. Bu isə hər iki halda mövcud dövlət orqanının buraxılmasına sadə səbəbdir. Əlbəttə, bunun alternativi bütün bu narkotik ittihamların növbəti qurama oyun olaraq anti-şiə təmizlənməsinə xidmət edildiyinin etirafıdır.
Hər şey şəffaf və gün kimi aydındır. Təqsirsizlik prezumsiyasında “cəsus” olaraq ittiham edilən bu şəxslərin yeganə günahı inancıdır. Bunu həm siz, həm də “onlar” çox yaxşı bilir.
MBH Təhlil Mərkəzi