Bu günə qədər “Azəripək” MMC-yə 499,28 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, bunun 47,66 tonu ötən gün qəbul edilib.
Ən çox yaş barama təhvili isə iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.
Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən,Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdamrayonları öndədir. Bu günədək Zərdabda 59,62 ton, Füzulidə 49,72 ton, Zaqatalada 46,87 ton, Balakəndə 43,24 ton, Ağcabədidə 45,20 ton, Bərdədə 32,65 ton,Şəkidə 31,98 ton, Kürdəmirdə 21,33 ton, Qaxda 21,27 ton, Ağdamda 16,29 ton, Göyçayda 13,11 ton, Ağdaşda 12,46ton, Tərtərdə 12,29 ton, Sabirabadda 11,36 ton, Ucarda 9,75 ton, Lənkəranda 7,48 ton, İmişlidə 5,29 ton, Cəbrayılda 4,85 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.
Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.
"Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur. Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır.
Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpəy”ə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çindən ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.
Bu günədək 499,28 ton barama təhvil verilib

Oxşar xəbərlər