Blinken Yaxın Şərqə yola düşüb

ABŞ dövlət katibi Entoni Blinken Misir, İsrail və İordan çayının qərb sahilinə səfərə gedib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Entoni Blinken bu barədə Twiter səhifəsində yazıb.

O bildirib ki, dövlət katibi kimi regiona dördüncü səfəridir:

“İkitərəfli münasibətləri və insanlar arasında əlaqələri dərinləşdirmək, insan haqlarını təşviq etmək, regional və qlobal təhlükəsizliyi gücləndirmək öhdəliyimizdir”.