ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir jurnalist Xədicə İsmayılovanın işilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin qərarı ilə bağlı narahatlığını bildirib.
Məhkəmə Xədicə İsmayılovanın sınaq müddətinin ləğvi barədə vəsatətini təmin etməyib və xaricə səfərə qadağanı aradan qaldırmayıb.
"Ölkədən çıxışın məhdudlaşdırılması jurnalistin hüququnun və peşə fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılmasıdır" - Dezir Twitterdəki mikrobloqunda yazıb.
Freedom House təşkilatı da Xədicə İsmayılovanın barəsində Ali Məhkəmənin qərarını pisləyən bəyanatlar veriblər.
" Bu qərar dərhal ləğv edilməli, ittihamlar ləğv edilməli, İsmayılovaya qoyulmuş səyahət qadağası ləğv edilməli və hesablar açılmalıdır" - deyə Freedom House təşkilatının bəyanatında deyilir.
Bakının Binəqədi Rayon Məhkəməsi araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın barəsində sınaq müddətinin dayandırılması ilə bağlı xahişini təmin etməyib.
Korrupsiya faktlarının araşdırılması ilə tanınan Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 il müddətinə mühakimə edilib. 2016-cı ilin mayında Ali Məhkəmə onun real həbs müddətini beş il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib. 2016-cı ilin avqustunda Bakı Apellyasiya Məhkəməsi sınaq müddətini dəyişməyərək şərti cəzanın müddətini 2 il 3 ayadək azaldıb.
Beynəlxalq təşkilatlar Xədicə İsmayıl barəsində verilən qərardan narahatdır
Oxşar xəbərlər