Operativtv.com Turan-a istinadən xəbər verir ki, avqustun 6-da Azərbaycan Naminə Demokratiya (AND) Hərəkatı Strasburq şəhərinin mərkəzində, Kleber meydanında Azərbaycanda "siyasi məhbuslara azadlıq və repressiyalara son" tələbi ilə aksiya keçirib.
Aksiyada hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan siaysi fəalların, həmçinin Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun fotoları qaldırılıb.
AND Hərəkarının rəhbəri Qənimət Zahid bildirib ki, Azərbaycanda represiyalar heç zaman dayanmayıb.
“Son zamanlar perressiyalar daha da şiddətlənib. Demək olar ki, hər gün kimlərinsə tutulduğunu, polis idarələrinə çağırıldığını, şərləndiyini, şərlənmək üçün potensial namizəd kimi hədəfə gəldiyini müşahidə edirik. Son zamanlar Azərbaycan cəmiyyətini hiddətləndirən və qəzəbləndirən dünyanın tanınmış alimlərindən biri olan, iqtisadçı alim Qubad İbadoğlu kimi siyasət və elm adamını həbs ediblər”, o qeyd edib.
Qənimət Zahid deyib ki, Azərbaycandakı həbsləri dünyanın mütərəqqi cəmiyyətlətini hidləndirib.
“Biz də hiddətimizi və nifrətimizi bildirmək üçün buradayıq”, o qeyd edib.
Aksiyada çıxış edən Azadlıq qəzetinin mühacirtədə olan redaktoru Rahim Hacıyev, həmçinin mühacirətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin keçmiş mətbuat katibi Natiq Ədilov, ictimai fəal Sarvan Rizvanov iradəsinə görə insanların həbsinə və repressiyalara son qoyulmasını tələb edib.
Natiq Ədilov çıxışında bildirib ki, butün Avropa şəhərlərində Azərbaycandakı repressiyalara etiraz, insan hüquq və azadlıqlarının qorunmasına cağırış ruhunda tədbirlər, aksiyalar keçirilsin.
Öz növbəsində rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını, insanların iradəsinə görə təqib olunmadığını bildirir. Hökumət rəsmiləri siyasi təqiblər, siyasi məhbuslar və repressiyalarla bağlı tənqidləri qəbul etmir, qərəzli sayır.
Bununla yanaşı, yerli hüquq müdafiəçilərinin son hesabatlarında iki yüzdən çox insan siyasi məhbus kimi təsnifatlandırlıb. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.
AND Hərəkatı Azərbaycanda siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib