Ağ Ev: Ukraynanın cəbhədəki vəziyyəti sadəcə dəhşətlidir

“Cəbhədəki ukraynalı əsgərlər harda və nə ilə atəş açacaqları ilə bağlı çox çətin qərarlar qəbul edirlər. Onların sursatı tükənir... Yəni vəziyyət sadəcə dəhşətlidir".

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik brifinq zamanı bildirib.

"Mən vaxt təyin eləmək və onların filan tarixdə müharibəni uduzacaqlarını deyə bilmərəm, amma ruslardan aldıqları əraziləri itirməyə başlayırlar. İndi əraziləri ruslara verməlidirlər, çünki bacarmırlar, cavab verə bilmirlər”, - deyə Kirbi bildirib. Bundan əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin komandanı, admiral Toni Radakin bildirmişdi ki, Ukrayna daha bir neçə ay döyüş meydanında əlverişsiz vəziyyətdə olacaq.
 
Onun sözlərinə görə, Kiyev çətin ki yayın sonuna qədər yeni əks-hücum əməliyyatı keçirə bilsin.
 
Radakin açıqlamasında həmçinin qeyd edib ki, Qərb Kiyevi dəstəkləmək üçün əlavə addımlar barədə razılığa gələnə qədər Ukrayna bir neçə ay ərzində Rusiya ilə müharibədə sursat çatışmazlığı üzləşəcək və geriyə düşəcək.