Afrikalı futbolçu: "İslam ölkəsi olduğunu biləndən sonra Azərbaycana gəlişim asanlaşdı"

"Dostlarımla məsləhətləşdikdən və Azərbaycanın İslam ölkəsi olduğunu öyrəndikdən sonra buraya gəlişim asanlaşdı".

Bunu "Report"a müsahibəsində "Sumqayıt"ın futbolçusu Kərim Abubakar deyib.

Yanvarda "gənclik şəhəri" təmsilçisinə keçən 28 yaşlı qanalı hücumçu ilk dəfə Azərbaycana gəldiyini bildirib: "Düşünürəm ki, komanda yoldaşlarımla bir-birimizi indi daha yaxşı tanıyırıq. Bura artıq çox xoşuma gəlir".

Afrikalı oyunçu müqavilə imzalamamışdan əvvəl “Sumqayıt”ın sabiq futbolçuları, həmçinin, “Qarabağ”da oynamış dostu Kvabena Ovusu ilə məsləhətləşdiyini söyləyib.