5 milyon zəvvar Nimeyi-Şəbanı Kərbəlada qeyd edib

Nimeyi-Şəban günü İmam Mehdinin (ə.f) mübarək mövlud gününü qeyd etmək üçün 5 milyon nəfərdən çox zəvvar Beynül-Hərəmeyndə bir araya gəlib.

 Bu barədə Kərbəla şəhərinin qubernatoru Nasif əl-Xətabi məlumat verib.

Qeyd olunub ki, həmin gün şəhərə 533 mindən çox avtomobil daxil olub.

Əlavə edilib ki, təhlükəsizlik tədbirləri, səhiyyə, nəqliyyat və xidmət sahələrindəki xidmətlər də ən yüksək səviyyədə olub.

 

Az.shafaqna.com