2 nəfərin yaralanması ilə Bakıda silahlı insident baş verib

Bakıda silahlı insident baş verib. Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə 2 nəfərin odlu silahdan açılan atəşdən yaralanıb. Hadisə yerində araşdırmalar aparılır. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib. Xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

Son məlumata görə hadisəədə şübhəli bilinən bir şəxs saxlanılıb.