Zahid Orucun samandan yapışan fikirləri

Son günlər Şüvəlanda baş verən və polis işçilərinin öldürülməsi ilə nəticələnən hadisə gündəmdə aktiv müzakirə mövzusu olaraq qalır. Müzakirənin əsas tərəfləri isə diqqətə polislə bağlı yaranan neqativ fikirlərin paylaşımını gətirincə, bu məsələdə hakim rejimin haqlı narahatlıq yaşaması müxtəlif platformalardan səslənir. Cəmiyyətin polislərin öldürülməsi ilə bağlı məsələlərdə mətbuata “ailəsinin arxasında gizlənən” şəxsin addımı birmənalı pislənmədi. Hətta bu məsələdə əks cəbhənin fikirləri daha çox özünü göstərə bildi. Sosial media səhifələri “polis özbaşnalığı və yaşanan işgəncələr səbəbindən öldürülən şəxsin addımlarını haqlı saymaqla” hadisəni medianın yayma cəhdindən fərqli bir müstəviyə çəkdi.
Təbii olaraq hakim qüvvələrin narahatlığı da gündəmə gəlməli idi. Bunun üçün isə adətən “beşlik” olaraq təqdim olunan şəxslərdən biri Zahid Oruc baş verənlər üzərində təhlil aparıb. Müsavat-da yayımlanan “...3 polis üzərindən ölkəmizə qarşı...” yazılı müsahibə Zahid bəyin sözün həqiqi mənasında “ciddi cəhdini” ortaya qoyub. Təəssüf ki, çəkdiyi misallardan vəziyyəti dəyişməyə cəhdə qədər canfəşanlıq göstərən bəy düşdüyü durumu daha da eybəcər vəziyyətə salıb.

Məsələni Zahid formalı incələyərək ilk cümləsindəki yanlışlığı bəyin siyasi düşüncəsinə səsləndirmək vəzifəsini üzərimizə götürdük. Zahid bəy! Siz hadisəni iyunun 23-də baş verməsini Tale Bağırzadənin ad gününə bağlamaq, bunu Nardaran hadisəsi, Hüseynçilərlə necəsə birləşdirmə cəhdiniz sözün həqiqi mənasında gülüncdür. Əgər doğrudan da bu düşüncədəsizsə, diqqətinizə çatdırım ki, əməliyyatı gecə yarısı polis icra edib, əgər Talenin ad gününə ərmağan kimi məqsəd olubsa, bunu şübhəsiz hakimiyyət hazırlayıb. Bəy, yadınıza salaq ki, şəxs polis idarəsinə hücum etməyib, polislər onun evinə hücum edib. Bunu Tale Bağırzadə və ya Müsəlman Birliyi Hərəkatına bağlamanız ancaq hakimiyyətin əməliyyatı o günə pilanlaşdırması ilə bağlı olacağı məsələdir. Belə olan halda isə qınanılası tərəf elə sizlərsiniz bəy!

Şüvəlanı Nardarana çevirmək kimi fikirlər də yanlış və yersizdir. Axı Şüvəlanda heç kəs dini məzmunlu bir məsələni gündəmə gətirmədi ki, burada oxşar tərəf olsun. Demək, mövzu dinlə bağlı deyil, namus-qeyrətə gəlincə bu xalqın namus-qeyrətlə bağlı çox şükür ki, heç zaman problem olmayıb. Əlbəttə olanları da var, onlar da düşünürəm hər kəsə bəllidir.

Digər məsələlər, 44 günlük müharibə və cəbhə açmaq cəhdlərinə gəlincə son kiçik xatırlatma ilə bir cümlə qeyd edərək Zahid bəyə yaddaş verməyi məqbul sayardıq: “44 günlük müharibə qazilərimizdən yalnız 22 nəfəri özünü yandıraraq intihar edib”.