Makronun partiyası ilk turda məğlub oldu

Fransada keçirilən növbədənkənar parlament seçkilərində Mari Le Penin sağçı radikal “Milli Birlik” partiyası lider olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Makronun rəhbərlik etdiyi “Birgə” partiyası isə üçüncü yerdə qərarlaşıb, solçuların “Yeni Xalq Cəbhəsi” alyansı səslərin sayına görə ikinci yerdədir.

Seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib.

Makron partiyasının Avropa Parlamenti seçkilərindəki məğlubiyyətindən sonra parlamenti buraxmışdı.