Qəzzada törətdiyi cinayətlərə görə sionist rejimi mühakimə etmək üçün Ərəb Ümməti Məhkəməsi keçirilib

Ərəb Ümməti Məhkəməsi Misir, Əlcəzair, İraq, Livan və Suriyadan olan hakim və müşavirlərdən ibarət xalq məhkəməsi olaraq sionist rejimin Qəzzada Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə mühakimə olunması üçün Suriyanın ev sahibliyi ilə keçirilib.

Beynəlxalq Cinayət Məhkəməsi və digər beynəlxalq məhkəmələrin sionist rejimi qınamaqda uğursuzluğundan sonra Ərəb Ümməti Məhkəməsi bazar günü Suriyanın bir sıra universitetlərinin aspirantlarının iştirakı ilə İbla otelinin Konfrans Sarayında təşkil olunub. 

Daha sonra məhkəmə sədri bu tip məhkəmələrin mənəvi əhəmiyyətini açıqladı və dedi: Bu məhkəmə rəsmi məhkəmə deyil, azad və məzlum xalqların adından onların adından danışan vicdan məhkəməsinə bənzədilə bilər. Çünki siyasi maraqlara görə beynəlxalq məhkəmələr yalnız qətl, məhvetmə, silah istehsalı və satışı ilə məşğul olan ABŞ-ın himayəsi altında bu cinayətlərə məhəl qoymurlar.